Azərbaycan şirkətinin Ukraynadan 10 hərbi yük təyyarəsi alması sual altında

11.09.2016 - 10:35

rrUkraynanın “Antonov” aviakonserni bu il ərzində bir dənə də olsun təyyarə buraxa bilməyəcək. Virtualaz.org xəbər verir ki, bunun səbəbi konserninin Rusiya ilə kooperasiyasının pozulmasıdır. Şirkətin nümayəndəsi Andrey Xaustov bu haqda “Vesti” radiosunun efirində bildirib. “Rusiya ilə “Antonov” təyyarələrinə dair kooperasiyanın yoxluğu bizim konsernin işini yüngülləşdirmədi”-Xrustov kədərlə qeyd edib. Onun sözlərinə görə, hazırda şirkət yığımı yarımçıq qalmış təyyarələr üçün komplektləşdiriciləri başqa ölkələrdən almağa çalışır. “Rossiyskaya qazeta” isə qeyd edir ki, bu bəyanat artıq aviadaşımaların təhlükəsizliyi üzrə ekspertləri narahat edib. Çünki başqa ölkələrdən alınan komplektləşdiricilər təyyarələrin təhlükəsizliyinə mənfi təsir edə bilər.
Qəzet qeyd edir ki, Ukrayna konserninin istehsal etdiyi An-178 hərbi-nəqliyyat təyyarələrində hissələrin 30 faizi Rusiyadan alınırdı. İndi Xaustovun bəyanatı “Antonov” konserninin Azərbaycana yaxın iki ildə 10 ədəd An-178 təyyarəsinin çatdırılmasını şübhə altına alır.
Xatırladaq ki, Azərbaycanın “Silkway Airlines” aviaşirkəti Ukraynadan 10 belə təyyarə sifariş verib. Şirkət təyyarələri mülki aviadaşımalar üçün istifadə etməyi nəzərdə tutur. Bu yaxınlarda “Antonov” konserni bəyan etmişdi ki, Azərbaycan tərəfi təyyarələrin yığılması üçün bəribaşdan avans ödəyib və sifariş 2017-ci ilin sonuna qədər yerinə yetiriləcək. Lakin Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin Ukraynanın bu sifarişi yerinə yetirməsini şübhə altına alaraq “Antonov” konserninə istehza etmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75628

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031