Sabiq MTN rəhbəri Akif Çovdarovun mesajını açdı: “burada böyüdüləsi bir şey yoxdur”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun vəkili vasitəsilə verdiyi son açıqlama gündəmi qarışdırıb. General açıq şəkildə bildirib ki, danışsa, agentura şəbəkəsi ifşa olunar. Belə ki, agenturaya sərf olunan məbləğləri mənimsəməkdə ittiham olunan A. Çovdarov Qeyd edib ki, müәyyәn qüvvәlәr prokurorluğun әli ilә onu agentura şəbəkəsini ifşa etməyə məcbur edirlər: “Bir sözlə mənim dövlәtçiliyin maraqlarını qorumaq mәqsәdi ilә susmağımdan istifadə edərək, barəmdə əlavə ittiham irəli sürdülər. Bilirlər ki, xüsusi əhəmiyyətli sirri açan deyiləm. Mən ancaq bu sirri dövlət rəhbərliyinin razılığı ilə aça bilərəm. Buna isə razı olmazlar. Bu zaman kəşfiyyat və əks-kəşfiyyat deşifrə olar. Mənə qarşı saxta ittihamlar irəli sürüldü. Qeyd etdiyim qüvvələr dövlətin çətinə düşməsinə bilәrәkdәn göz yumurlar. Bütün bu hərəkətlə mənə qarşı deyil, məndən istifadə etməklə birbaşa dövlətə qarşı hərəkətlər edirlər”.
Qeyd edək ki, keçmiş MTN-çilər A. Çovdarovu bu açıqlamasına görə sərt şəkildə qınayıbar. Milli Təhlükəsizlik Nazirinin keçmiş müzvini Sülhədin Əkbər də Cumhuriyyət.az -a açıqlamasında söyləyib ki, MTN də yüksək vəzifədə çalışan zabitlərin agentura şəbəkəsinə daxil olma imknaları olub. A.Çovdarov da rəhbər vəzifələrdən birini tutub. Təbii ki, onun da öz sahəsində müəyyən gizli əməkdaşlara çıxışı olub: “Hər hansı bir məhkəmə prosesində, məhkəmə istintaqının gedişi tələb edirsə və ya məhkəmə qərarı ilə əməkdaş qapalı iclasda bunu açılaya bilər. Ona qarşı irəli sürülən ittihamla əlqədar bu barədə məlumat vermək zorunda qalırsa, danışa bilər”.
A. Çovdarovun “Bu sirri açsam, kəşfiyyat və əks-kəşfiyyat deşifrə olar” fikirlərinə gəlincə, S.Əkbər bildirib ki, o, bu sözləri deməklə məsələni böyüdür və kimlərəsə, mesaj verir:”Əslində isə burada böyüdüləsi bir şey yoxdur. MTN də bu qədər biyabırçılıqlar ifşa olundu. İndi hər hansı bir agentin adı açıqlanması ilə nə olacaq ki? Agentura şəbəkəsinin ifşa olunması MTN də baş verən rüsvayçılıqların yanında elə də təhlükəli məsələ deyil”.
Mənsur, Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=75914