ANS-inəməkdaşı apellyasiya şikayəti verib

24.09.2016 - 13:04

1385413125ans

“ANS Müstəqil Yayım və Media” Şirkətinin keçmiş əməkdaşı, kompüterçi-montajçı Sərxan Vəliyevin həmin şirkətə qarşı məhkəmə qərarından apellyasiya şikayəti verib.
“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.
İşə hakim Valeh Ağayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, televiziya kanalının sabiq əməkdaşı S.Vəliyev “ANS Müstəqil Yayım və Media” Şirkətini məhkəməyə verib. Montajçı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək xidmət haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb. O, 870 manat əməkhaqqının ödənilməsini istəyib. Məhkəmə iddianı qismən təmin edib. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi ANS-in S.Vəliyevə ikiaylıq əməkhaqqını, faiz kimi 45 manat və məhkəmə xərclərinə görə, 10 manat ödəməsi barədə qərar çıxarıb. Lakin həmin qərardan narazı qalan S.Vəliyev apellyasiya şikayəti verib.
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib. Lakin Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76557

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031