Vasif Talıbov Baş Nazir gətirilir – İDDİA

24.09.2016 - 14:25

rrReferendum və dekabrda gözlənilən növbədənkənar prezident seçkisi bitdikdən sonra Nazirlər Kabinetinin yenidən təşkili gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub. Qanunla yeni prezident seçildikdən sonra Nazirlər Kabineti avtomatik istefaya gedir.
Mənbə deyir ki, nazirliklərin bir hissəsinin ləğvi və yenidən təşkili nəzərdə tutulur: “Ən başlıcası isə baş nazir postuna 81 yaşlı Artur Rəsi-zadənin yerinə 56 yaşlı, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov gətirilir. A.Rəsi-zadədən fərqli olaraq V.Talıbov işlək baş nazirə çevrilir. Struktur islahatları çərçivəsində baş nazir müavinləri postları da ləğv edilir və baş nazir Nazirlər Kabinetini öz müşavirlərinin xidmətindən yararlanmaqla idarə edir”. Mənbənin məlumatına görə, V.Talıbovun baş nazir piostuna gətirilməsi bir neçə amillə bağlıdır.
Birincisi, V.Talıbovun sərt və kompromissiz idarəçiliyi indiki halda onu siyasi hakimiyyət üçün əhəmiyyətli fiqura çevirib. İndi hakimiyyətə ənənəvi klanları dağıtmaq, nazirliklərdəki korrupsiya ocaqlarını söndürmək, maliyyə qruplarınının siyasi hakimiyyətə təsirini neytrallaşdırmaq, ölkədə yeni iqtisadi münasibətlərə keçidi təmin edəcək fiqura ehtiyac var. Bir sözlə, siyasi rəhbərliyin hökumətdə səliqə-səhman yaradacaq bir baş nazirə ehtiyacı var. Bu parametrlərə görə, ən münasib namizəd V.Talıbovdur.
İkincisi, V.Talıbovun ən vacib keyfiyyəti onun klanların fövqündə durmasıdır. O bunu Naxçıvana rəhbərlik etdiyi dönəmdə əyəni şəkildə sübut edib. Bakıda yaşayan ən qüdrətli Naxçıvan əsilli oliqarxlar belə Naxçıvana nüfuz edə bilməyiblər. Onlar Naxçıvanda V.Talıbovun qoyduğu qaydalara tabe olmağa məcbur olublar. İndiki halda hakimiyyətin ən böyük problemlərindən biri oturuşmuş sabit korrupsiya zənciridir. Korrupsiya şəbəkəsi elə oturuşub ki, qurumların birinci şəxsinin dəyişməsi də, bu zənciri qıra bilmir. Sonda yeni nazir də köhnə zəncirin bir həlqəsinə çevrilir. Çünki maraqlar uzlaşdırılır. V.Talıbov isə Naxçıvana rəhbərlik etdiyi müddətdə bu zənciri çoxdan qırıb. MR-də nazir və ya vəzifəli şəxs 4 ildən bir dəyişdirilir. Hələ indiyə qədər elə bir nümunə olmayıb ki, hansısa məmura yüksək ranqlı məmur qohumuna görə güzəşt edilsin. Naxçıvanda qurululan sistemdə istisnalara və imtiyazlara yer yoxdur.
Üçüncüsü, V.Talıbov hakimiyyətdəki köhnə qvardiyanın ən inanılmış və sadiq üzvlərindən biridir. Mərhum prezident Heydər Əliyev Naxçıvan Alı Məclisinin sədri olduğu dönəmdə V.Talıbov xüsusi fəallıq göstərib və Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olub, H.Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıtmasında fədəkarlıq göstərib. İndiki prezidenti İlham Əliyevlə də o vaxtdan şəxsi və isti münasibətləri formalaşıb. Aydındır ki, bu,indiki ağır iqtisadi durumda hökumətə rəhbərlik edəcək şəxs üçün başlıca keyfiyyətlərdən biridir.
Mənbənin məlumatına görə, V.Talıbovun baş nazir kimi əsas mandatı oliqarxiya sistemini dağıtmaq olacaq: Oliqarxiya artıq təkcə cəmiyyət və iqtisadiyyat üçün yox, həm də siyasi hakimiyyət üçün ciddi təhlükələr yaradır. Eldar Mahmudov və Cahangir Hacıyev numunəsi buna yetərli sübutdur. Ölkənin maliyyə resurslarının bu qruplar tərəfindən mənimsənilməsi təkcə devalvasiya və bahalaşma riski yaratmır, həm də siyasi hakimiyyətin dayaqlarını sarsıdır. Bu gün devalvasiya, bahalaşma, işsizlik və yoxsulluq siyasi hakimiyyətə qarşı etimadsızlıq mühiti yaradıb və bu mühitin əhatə dairəsi getdikcə genişlənməkdədir. Bunun qarşısını isə yalnız oliqarxiya sistemini dağıtmaq və ilk növbədə hökumətdə səliqə-sahman yaratmaq yolu ilə almaq olar. Yalnız bundan sonra sistemli iqtisadi islahatlara başlamaq mümkündür. Ona görə də V.Talıbovun mandatı oliqarxiya sistemini dağıtmaq və hökumətdə nizam-intizam yaratmaq olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031