İtalyanlardan tomat oğurluğu: hansı şirkətin reklamı plagiat çıxdı? – Video
Bu yaxınlarda yerli şirkətlərdən biri yeni reklam çarxı çəkdirib.
Hazır olan reklam çarxı bu gün sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkədə paylaşıldıqdan sonra qısa müddət ərzində bir çox istifadəçi tərəfindən maraqla izlənilən reklam çarxı hamının xoşuna gəlib.
İstifadəçilər rəylərdə “nəhayət ki Azərbaycan rejissorları maraqlı bir reklam çarxına imza atdılar”, “Bravo”, “Halal olsun” yazıblar. Amma onların sevinci çox da uzun çəkməyib.
Bir neçə saat sonra bu reklam çarxının plagiat olduğu, bir neçə il əvvəl “Bertoli” şirkəti üçün çəkildiyi məlum olub. Azərbaycanlı rejissor ssenari yazmaq üçün özünə əziyyət verməyib və xarici şirkətin reklamını olduğu kimi lentə alıb. Dəyişən təkcə aktyorlar və məhsulun adıdır. Deyəsən internet saytlarında dəbdə olan “copy paste” ənənəsi artıq production-lara da siyarət etməkdədir.(Olke.az)
Reklam çarxlarını təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=79077