Əhəd Abıyev: “Qar yağır, uşaqlar sevinir, heç bir qanqaraçılıq yoxdur”

18.10.2016 - 14:37

xehed-jpg-pagespeed-ic-ouvb5uuhyzDaşkəsənə 60 santimetr hündürlüyündə qar yağıb

Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq millət vəkili Əhəd Abıyev bildirib.

İcra başçısı deyib ki, Daşkəsəndə oktyabrın 17-dən başlayaraq, gecə səhərədək qar yağıb. Onun sözlərinə görə, qarın hündürlüyü 45 santimetr, bəzi yerlərdə isə 60 santimetrə çatıb:

“Havaların soyuq və qarlı keçməsi ilə əlaqədar Daşkəsəndə intensiv işlər görülür. Bütün texnikaları küçələrə tökmüşük, məktəblərə yollar açılır, qar təmizlənir, qırılan elektrik xətləri bərpa edilir, digər müvafiq tədbirlər görülür. Hazırda heç bir problem yoxdur, uşaqlar məktəblərə rahat gedib-gəlirlər. Nə tədbir lazımdırsa, görülür. Heç bir qan-qaraçılıq yoxdur. Əksinə, Daşkəsənə tez bir zamanda güclü qarın yağması uşaqları sevindirir. Təbii ki, qar təbiət hadisəsidir. Biz bunun qarşısını ala bilmərik. Bizim işimiz odur ki, qarın yağmasına hazırlıqlı olaq. Bunun üçün də bütün texnikanı işə cəlb etmişik. Hətta, Gəncədən də əlavə texnikalar gətirilib. Həmin texnikalarla yollar qardan təmizlənir”.

Ə.Abıyev rayonda qışa hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü söyləyib:

“Əslində, biz qarın yağması və havaların soyuması ilə əlaqədar əvvəlcədən hazırlıq işləri görmüşük. Əhalinin istiliklə təminatında da heç bir problem yoxdur. Bütün köhnə binaların dam örtükləri də yenilənib. Nə qədər işçimiz varsa, hamısını yolların təmizlənməsi işinə cəlb etmişik. Əslində, qar gözəllikdir. İnanın ki, adam yerə baxdıqca heyran qalır. Hər tərəf pambıq kimi ağ rəngə boyanıb. Bəlkə də qışda adam qar görəndə bu qədər sevinmir. Amma indi qarı görəndə başqa təəssürat keçirirsən. Hazırda qar yağmasa da, ancaq gecədən səhərədək yağan qar rayonu ağ rəngə boyayıb. Hətta, Daşkəsənin Əmirvan və Qabaqtəpə ərazilərində qarın hündürlüyü 60 santimetrə çatıb. Yaxşı ki, biz vaxtında körpüləri və yolları çəkmişik”.(Olke.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79451

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31