Şamaxıda göl daşdı: Bütöv bir kəndi sel apara bilər – VİDEO

19.10.2016 - 00:54

rrARB xəbər verir ki, Şamaxı rayonunun Çuxuryurd kəndində mövcud olan eyniadlı göldə normadan artıq yağan yağışlar və əriyən qar gölün daşması ilə nəticələnib. Ətraf obyektlər və evlər su altında qalıb. Yaxınlıqdakı restoran, iaşə obyektləri və 5 evin həyətyanı sahələrinə su dolub.
Ev sahiblərinin sözlərinə görə, hər il göldə su qismən artsa da bu cür hal yaşanmayıb. Gölün yaxınlığıdakı bütün ərazilər hazırda suyun içərsində qalıb.Gölün səviyyəsi 1 metr artıb. Nəticədə kəndə doğru 30 metr ərazini su basıb. Kənd sakini: “3-4 gün ərzində yağışların artması nəticəsində gölündə səviyyəsi artmağa başlayıb. Günü gündən artır. Əgər qabağı alınmasa fəlakət ola bilər. Bütün kəndi su apara bilər”.
Əraziyə cəlb olunan FHN -nin əməkdaşları gölün qarşısındaki maneəni dəf etmək üçün ərazidə işlərə başlayıb. Bəzi nöqtələrdən suyun təmizlənməsi üçün su nasoslarından istifadə edilir. Dünən gecədən etibarən evləri əhatə edən suyun səviyəsi 4 metrdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=79513

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31