Sərvətlərimiz talan edilir – Nazir

20.10.2016 - 15:09

huseyn-bagirov“Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq”.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bunu Ağcabədiyə səfəri zamanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

O bildirib ki, aparılan müşahidələr nəticəsində ərazidəki yataqların, o cümlədən qızıl yataqlarının qanunsuz istismarı ilə bağlı ayrı-ayrı ölkələrin şirkətlərin fəaliyyət göstərdiyi müəyyənləşdirilib. “Nazirlik həmin ölkələrin diqqətinə çatdırdı ki, bu, qanunsuz fəaliyyətdir”.

Nazir xatırladıb ki, yaxın günlərdə Azərbaycan-Hindistan iqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilməlidir. H. Bağırov Azərbaycan peykinin uçuşunu təmin edən qurumların köməkliyi ilə işğal altında olan ərazilərdə ermənilərin xarici şirkətlərlə əlbir olaraq, Azərbaycan sərvətlərini talan etmələrini təsdiqləyən materialların toplandığını vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=79700

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31