Taksi xidməti dövlət komitəsini məhkəməyə verdi
“189 Taxi Xidməti” MMC Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib.
MMC qərarın ləğv edilməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib. Qərardan narazı qalan “189 Taxi Xidməti” MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Üçüncü şəxs qismində “Call Center” MMC göstərilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=79811