TQDK-nın ləğvinə başlanıldı – Məleykə Abbaszadə

22.10.2016 - 14:06

m%c9%99leyk%c9%99_%c9%99sasDövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs oktyabrın 19-da dövlət qeydiyyatına alınıb.

Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) DİM-də birləşib.

M.Abbaszadə qeyd edib ki, DİM-də ləğvetmə komissiyaları fəaliyyətə başlayıb:

“Hazırda çox ciddi ləğvetmə prosesi gedir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=79871

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728