İslam Oyunlarından sonra Bakı daha bir turnirə ev sahibliyi edəcək
Dünən Lüksemburqda 2018-ci ildə İtaliya/Bolqarıstanda keçiriləcək kişi və həmin il Yaponiyada keçiriləcək qadın voleybolu üzrə dünya çempionatının Avropa zonası üzrə püşkü atılıb.
Kişi millimiz A qrupunda Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya ilə qarşılaşacaq. Oyunlar mayın 23-dən 28-dək Fransada keçiriləcək.
Qadın yığmamız isə dünya çempionatına vəsiqə əldə etmək üçün E qrupunda Hollandiya, İsrail, Ukrayna, Danimarka və Norveçlə mübarizə aparacaq. Bu oyunlar 30 may – 4 iyunda baş tutacaq.
Qeyd edək ki, 6 qrup qalibi dünya çempionatına birbaşa vəsiqə qazanacaq. II yeri tutmuş 6 komanda isə III mərhələdə avqustda keçiriləcək yarışda iştirak edəcəklər. Həmin 6 komandadan ilk 2-si dünya çempionatında iştirak edəcək. Beləliklə, dünya çempionatında Avropadan 8 komanda mübarizə aparacaq.
Onu da bildirək ki, gələn ilin mayın 12-22-si tarixlərində Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Göründüyü kimi, məhz bu yarışın bitməsindən təxminən 1 həftə sonra seçmə oyunlara start veriləcək. Bir sözlə, voleybolçularımız üçün İslamiada rəsmi görüşlər öncəsi bir növ sınaq oyunları olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=80351