Dövlət Komitəsində ixtisar xəbərinə – Rəsmi reaksiya
Manatın günbəgün dəyərdən düşməsi ilə əlaqədar özəl müəssisələrdə, eləcə də dövlət qurumlarında ixtisarlarla bağlı məlumatlar yayılır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz işçilərinə ixtisarla bağlı xəbərdarlıq edib. Mənbənin sözlərinə görə, 60-a yaxın işçi növbəti aylardan etibarın komitədən ayrılacaq. Səbəb olaraq bildirilib ki, yuxarıdan gələn tapşırığa əsasən bu həyata keçiriləcək.
Məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Qaynarinfo.Az-a bildirib ki, məlumat cəfəngiyatdır:
“Bu məlumatı ilk dəfə sizdən eşidirəm. Tamamilə cəfəngiyatdır. Komitə olaraq, nəinki ixtisar edilir, əksinə yeni vakansiyalar üzrə işçilər cəlb olunur. Vakansiyalar üzrə komitə elanlar verdiyi halda, ixtisarın edilməsi nə dərəcədə doğru ola bilər. Əvvəlki illərə nisbətdə bu il işçilərin sayında artım var. Bu məlumatlar şaiyələrdən başqa bir şey deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=80640