Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu — Şok iddia

01.11.2016 - 10:27

rrRövşən Lənkəranskinin qətlinin detalları məlum olub. Cinayət işinin araşdırılması İstanbul prokurorluğunun müstəntiqləri ilə paralel Caniyevin kriminal fəaliyyətinin davam etdiyi Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də araşdırılıb.
Rusiyalı müstəntiqlərin ortaya çıxardığı faktlara əsasən Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri Moskvada qətlə yetirilmiş Canpolad Şamil oğlunun yaxınlarıdır (Canpoladın soy adı göstərilməyib). Məlumata görə, Canpolad Rusiyada “göyərti kralı” kimi tanınıb və Rövşən Caniyevin meyvə-tərəvəz bazalarını nəzarətə götürmək üçün başladığı kriminal müharibənin qurbanlarından biri məhz o olub.
Ehtimala görə, Canpoladın yaxınları və biznes şərikləri onun ölümündə Rövşənin əli olduğunu müəyyən ediblər və ona ölüm hökmü çıxarıblar. Xatırladırıq ki, “göyərti kralı” Canpolad Şamil oğlu bu ilin yazında Moskvada naməlum killerlər tərəfindən güllələnmişdi.(olke.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=80737

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728