Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

01.11.2016 - 13:06

df93fb2b-fed8-4810-a746-dadb0dcf0626Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Sonra türkiyəli diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunan hərbi attaşesi, briqada generalı Zafer Ocakı nazirə təqdim edib.
Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=80756

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930