Mediada ən çox müzakirə olunan dövlət komitəsi – Monitorinq
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edirik.
2016-cı ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 9643 xəbər yerləşdirilib. Bunlardan 224-ü mənfi, 923-ü müsbət və 8496-sı isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Dövlət Gömrük Komitəsi (57 xəbər – gömrük məmurlarının özbaşınalığı), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (53 xəbər – komitədə yeyinti iddiaları, şikayət və s.). Müsbət xəbərlərlər isə Dövlət Gömrük Komitəsi (763 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (96 xəbər – komitə qanun pozuntuları aşkarladı) və Əmlak Məsələləri Dövlət Komitəsinə (64 xəbər – torpaqların qanunazidd istifadəsi hallarını aşkar edib) məxsusdur.(A24.az)
Xəbər sayına görə sıralama:
1.Dövlət Gömrük Komitəsi | 2294 xəbər |
2. Dövlət Statistika Komitəsi | 1991 xəbər |
3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 1714 xəbər |
4. Əmlak Məsələləri Dövlət Komitəsi | 1227 xəbər |
5.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 589 xəbər |
6.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 586 xəbər |
7.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 468 xəbər |
8.Diasporla İş üzrə Dövlət Komitəsi | 433 xəbər |
9.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 183 xəbər |
10.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | 110 xəbər |
11. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | 48 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1185 xəbər dərc edilib. Bu xəbərlərdən 1121-i neytral, 63-ü müsbət, 1-i isə mənfidir. Mənfi xəbər Dövlət Gömrük Komitəsinə (1 xəbər – gömrük işçisinin rüşvət alması) aiddir. Müsbət xəbərlər isə Dövlət Gömrük Komitəsi (54 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (5 xəbər – komitə qanun pozuntuları aşkarladı) və Əmlak Məsələləri Dövlət Komitəsinə (4 xəbər – torpaqların qanunazidd istifadəsi hallarını aşkar edib) məxsusdur.
Xəbər sayına görə sıralama:
1.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 278 xəbər |
2.Dövlət Gömrük Komitəsi | 262 xəbər |
3.Dövlət Statistika Komitəsi | 225 xəbər |
4.Əmlak Məsələləri Dövlət Komitəsi | 152 xəbər |
5.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 97 xəbər |
6.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 60 xəbər |
7.Diasporla İş üzrə Dövlət Komitəsi | 54 xəbər |
8.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 48 xəbər |
9.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | 4 xəbər |
10.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | 4 xəbər |
11.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 1 xəbər |
Oktyabr ayında televiziya kanallarında komitələr haqqında 385 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1.Dövlət Gömrük Komitəsi | 102 xəbər |
2.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | 95 xəbər |
3.Əmlak Məsələləri Dövlət Komitəsi | 50 xəbər |
4.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 49 xəbər |
5.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | 39 xəbər |
6.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi | 38 xəbər |
7.Dövlət Statistika Komitəsi | 11 xəbər |
8.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | 1 xəbər |
Short URL: http://www.cumhuriyyet.net/?p=80779