Deputatların 90 faizində xidməti silah yoxdur

02.11.2016 - 16:02

milli-m%c9%99clis2Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əlavələr edilib.  Bəs deputatlarımız silahlardan hansı hallarda istifadə edə bilər?

Məsələ ilə bağlı keçmiş deputat, hüquqşünas, Əliməmməd Nuriyev Modern.az-a danışıb. Əliməmməd Nuriyev bildirib ki, silah haqqında qanuna görə deputatların silah gəzdirmək hüququ var.

“Mənim düşüncəmə görə, deputat yalnız o hallarda silah gəzdirmək üçün icazə almalıdır ki, hansısa real təhlükələr var. Azərbaycanda  bunun üçün bir zəmin görmürəm. Ən azından deputatın həyatına ciddi bir təhlükə yoxdur. Eyni zamanda Azərbaycanın hüquq mühafizə orqanları elə bir şərait yaradıblar ki, deputatın və digər şəxslərin həyatına təhlükə yaradacaq şəxslər yoxdur. Əlbəttə ki, ölkəmizdə də cinayətkarlar var. Cinayətkarlar hamıya  münasibətdə eyni davranış göstərə bilərlər. Ancaq vətəndaşların mülkiyyəti və həyatını ehtimal olunan mümkün qəsdlərdən ehtiyatlı  surətdə hüquq-mühafizə orqanları tərəfindən qorunur. Ümumilikdə Azərbaycan cəmiyyətinin həyatı üçün təhlükə yoxdur”.

Hüquqşünasın sözlərinə görə, deputatların silah gəzdirmə hüquqları xarici ölkələrin təcrübəsində də var.

“Mənim bildiyim qədəri ilə hal-hazırda deputatlarımızın 90 faizdən çoxu hər hansı silahla bağlı müraciət etməyib və silah gəzdirmir. Məşhur bir deyim var:

“Divardan asılan tüfəng bir gün açıla bilər”. Ona görə də ən yaxşısı silahdan istaifadə etməməkdir. Deputatın silah alıb özünü bu üsullarla qoruması doğru deyil. Bu gün ölkəmizdə hər hansı bir şəxsin təhlükəsizliyi etibarlı şəkildə qorunur. Nəinki fərqli olaraq hərəkətlər etmək, hansısa bir vasitələrdən istifadə etmək.

Mən özüm də 5 il müddətində deputat olmuşam. Bu qanun mənim deputat olduğum dönəmdən qüvvədədir. Ancaq mən bunun üçün Daxili İşlər Nazirliyinə müraciət etmədim və bilirəm ki, həmkarlarımın əksəriyyəti də müraciət etmədi. Silahların verilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=80920

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728