Nazirlər Kabinetində radikal dəyişiklik: tərkib 50 faizə qədər kiçiləcək

07.11.2016 - 01:22

rrİlin sonuna qədər ilk radikal struktur dəyişikliyi Nazirlər Kabinetində olacaq. Bu barədə hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, Nazirlər Kabinetinin indiki tərkibi 50 faizə qədər kiçiləcək: Baş nazirin müavinləri elliklə istefaya göndəriləcək. Bundan başqa, 36 qurumun bəziləri ləğv ediləcək, bəziləri birləşdiriləcək, bəziləri isə yenidən təşkil ediləcək. Bu qurumların sayının 20-yə çatdırılması nəzərdə tutulur. Baş nazirin 2 müavinin (Əli Əhmədov və Əli Həsənov) bəzi müavinlərinin yeni kabinetdə də yer alacağı gözlənilir.
Xatırladaq ki, hazırda Nazirlər Kabinetinin tərkibi 42 nəfərdən ibarətdir – baş nazir, onun 6 müavini, 19 nazir, 9 komitə sədri, 2 administrasiya rəisi, 6 xidmət rəisi (Baş nazirin müavini Əli Həsənov həm də Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir).
Mənbənin məlumatına görə, Nazirlər Kabinetinin indiki tərkibinin 50 faiz, eləcədə nazirliklər ştat vahidlərinin ixtisarı həm xərclərin optimallaşdırılması, həm də yeni yaradılacaq vitse-prezidentlik təsisatı ilə bağlıdır. Vitse-prezidentlik institutunun Nazirlər Kabinetindən fərqli olaraq işlək təsisat olacağı gözlənilir.(istiqlal.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81241

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728