“Ermənilərə pulsuz qaz verilmir” – Siyavuş Novruzov

07.11.2016 - 10:09

siyavus-novruzov_-2Güzəşt yoxdur. Azərbaycan Gürcüstana qaz satır, Gürcüstan da onu hara sata, ya pay verirsə, bu, artıq həmin ölkənin öz işidir.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov musavat.com saytına müsahibəsində deyib.

“Qəti şəkildə! Azərbaycan qarşılıqlı müqaviləyə uyğun olaraq Gürcüstana qaz satır və bunun qarşılığında da Gürcüstan ölkəmizin büdcəsinə vəsait ödəyir. Azərbaycan öz qazını satır, indi Gürcüstan onu havaya buraxacaq, kiməsə verəcək, artıq onun şəxsi işidir, biz o məsələlərə qarışmırıq”, – S.Novruzov deyib.

Xatırladaq ki, Rövnəq Abdullayev ötən ilin noyabrında ANS telekanalına müsahibəsində Gürcüstanda olan 440-a yaxın kilsə, məbət, məscidlərə pulsuz qaz verildiyini demişdi:

“Cənab Prezidentin sərəncamı ilə bütün dini məbədlər qazla pulsuz təmin olunur. Bütün dini məbədlər bizdə qazla təmin olunur. Eyni zamanda, dövlət başçısı Gürcüstanda yaşayan azərbaycanlıları da düşünərək, bu ölkədəki dini məbədlərin də qazla pulsuz təmin olunmasına göstəriş verdi. Cənab Prezident istəyir ki, Azərbaycanda olan tolerantlıq Gürcüstanda da olsun. Əgər dini tolerantlıq olsa bizim soydaşlarımıza orda yaşamaq daha rahat olacaq. Ona görə də biz Gürcüstanda olan 440-a yaxın kilsə, məbət, məscidlərə pulsuz qaz verməyə başladıq. Həmçinin erməni kilsələrinidə qazla təmin edirik. Allah yolunda. Bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur. Bizim problem erməni xalqının hökümətində olan bəzi insanlarladır. İndi baxırsız ki, orada nə gədər narazılıqlar var. Xalqın günahı yoxdur ki. Azərbaycanın tolerant xalq olduğunu cənab Prezident bir daha sübut etdi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=81251

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728