Çovdarov vəhhabilərin kolbasa firmasını tələyə salıb – Müdhiş gizlinlər/Foto

07.11.2016 - 13:42

akif-covdarov-%c9%99sasMilli Təhlükəsizlik Nazirliyində yuva salmış bandaNIN istehsalat müəsissələrinə basqınlar təşkil etdiyini xəbər vermişdik

Bu siyahıda kolbasa şirkətləri var. Ötən yazıda “Səhliyalı” firmasının MTN çetesinin qurbanı olduğunu yazmışdıq.

Növbəti kolbasa firması , “Al-Sana” MMC olub.

Şirkətin rəhbərliyində vəhhabilərin olduğu barədə mətbuatda gedən yazılar MTN-i hərəkətləndirib. Eldar Mahmudov-Akif Çovdarov tandemi həmin şirkət rəhbərliyinin başına oyun açıb.

Bir müddət əvvəl şirkətin satış meneceri Vüqar Namazov və sürücüsü Kamil Mehdiyevin 200 kiloqrama yaxın istifadəyə yararsız, müddəti bitmiş “Fitnes” kolbasa-sosiska məmulatlarını satarkən saxlanması bir sıra qaranlıqlara aydınlıq gətirib.

Məlum olub ki, “Fitnes” kolbasa-sosiskalarının “Marka” şirkətinə məxsus olduğu üzə çıxıb. Məlumata görə, firma həmin məhsulları “Al-Sana” MMC-nin sexində istehsal edir.

Araşdırmalar zamanı efirdə reklam olunan “Fitnes” kolbasa və sosiskalarının halal olmadığı da aşkarlanıb. Firmanın hallalıq sertifikatı olmadığı halda, məhsulların üzərinə “Halal” yazdıqları müəyyən edilib.

Bir haşiyəyə çıxaraq qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsi respublikada fəaliyyət göstərən firmalardan yalnız “SAB” məhsullarına halallıq sertifikatı verib. QMİ rəsmi şəkildə bunu açıqlayıb. Bu mənada sələfilərin idarə etdiyi şirkətin məhsullarının halallıq sertifikatı da almadığı şək-şübhəsizdir.

“Marka” və “Al-Sana” sahibləri sələfi olsalar da, radikal baxışlara malikdirlər. Şirkətlərin təsisçilərindən biri Ramil Soltanov Mədinə şəhərində dini təhsil alıb. Şirkətin digər təsisçisi İlkin Nuriyevdir. Nuriyevin məmurlardan birinin oğlu ilə çox sıx əlaqələri var.

Hər iki şirkətdə pay sahibi olan sələfi Rövşən Abdullayevin isə “SAB” şirkətində də şərikliyinin olduğu iddia edilir. Qısacası, sələfi (el arasında vəhhabilər adlanan) şəbəkəsi ölkədə kolbasa-sosiska məmulatları biznesində böyük paya sahibdirlər. Bu faktı təsdiqləyən də yuxarıda adı çəkilən firmalar və sahibləridir.

Son illərdə bu təriqət üzvlərinin sayı artmaqdadır və onlar fəallaşıblar. Əhli-sünnə hesab edilən sələfilər arasında radikallaşanlar olur ki, bu şəxslər xəvaric adlanır. Son illərdə Suriya və İraqda xeyli sayda azərbaycanlı xəvaric döyüşüb.

Bu məlumatların tirajlanmasından sonra MTN şəbəkəsi firmanı tələyə salıb. Çovdarovun adamları onları İŞİD-çi kimi həbs etməklə təhdid edib.

Şirkət rəhbərliyinə deyilib ki, terrorçu ittihamı ilə həbs olunmaq istəmirlərsə, tələb olunan məbləği verməlidirlər.

İddialara görə, “Al-Sana” sahiblərindən külli miqdarda rüşvət alınıb. Amma bununla belə, nəzarətdə saxlanıblar. Həmin şəxslər isə şikayət edə bilməyiblər. Eyni zamanda sələfi baxışlarına görə daha çox irəli gedə bilməyiblər.

Qeyd edək ki, ,sabiq nazir Eldar Mahmudovun dəstəsi kolbasa firmalarını hədəfə alırmış. KİV-də yayılan məlumatları əsas tutan banda üzvləri həmin şirkətləri soymağa başlayırmış.(Politika.az)

Yazıda adları keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Çovdarov vəhhabilərin kolbasa firmasını tələyə salıb
Çovdarov vəhhabilərin kolbasa firmasını tələyə salıb
Çovdarov vəhhabilərin kolbasa firmasını tələyə salıb

Short URL: http://www.cumhuriyyet.net/?p=81295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728