İranla viza rejimi mərhələli şəkildə ləğv olunacaq

07.11.2016 - 16:42

kasim“İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

Qasımi bildirib ki, İran mümkün olduğu qədər digər ölkələrlə viza rejimini ləğv etməyə çalışır: “Bu, bizim ümumi siyasətimizdir və bu məsələni digər ölkələrlə müzakirə edirik. Həmin ölkələrdən biri də Azərbaycandır. Danışıqlar aparılıb və qərara alınıb ki, viza rejiminin ləğvi prosesi mərhələli şəkildə aparılsın”.

Suriyada baş verən proseslərə toxunan mətbuat katibi qeyd edib ki, İran Suriya hökumətinin istəyi əsasında orada iştirak edir: “Bu hökuməti xalq və parlament seçib və onlar qanuni hökumətdir. Bəzi qüvvələrin istədikləri vaxt hansısa qanuni hökuməti devirməyə cəhd etməsi qəbulolunmazdır. İkinci məsələ terrorizmlə mübarizə məsələsidir. Suriya əgər terroristlərin çənginə düşərsə, vəziyyət daha da pisləşə bilər. İndi bütün tərəflər bu qənaətdədir ki, Suriyanın qanuni hökumətinin alternativi yoxdur”.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=81320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728