Başçının jurnalistə qarşı şikayəti əsassız hesab edildi

07.11.2016 - 17:58

1403050393_masalli-rafil-huseynov-cenubnewsBu gün Masallı Rayon Məhkəməsində Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafil Hüseynovun jurnalist Mirələm Həşimova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət əsassız hesab edilib və iş icraata qəbul olunmayıb.

Qeyd edək ki, Masallı RİH başçısı R.Hüseynov məhkəməyə müraciət edərək jurnalist M.Həşimovun cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. O, jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını istəyib.

Xatırladaq ki, M.Həşimov cenubnews.com saytının baş redaktorudur.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81328

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930