Füzulidə Bayraq günü münasibətilə tədbir keçirildi – FOTOLAR

08.11.2016 - 16:17

dsc_0058Azərbaycan Respublikasının Silahlı Qüvvələrində “Bayrağım-varlığım, bəxtiyarlığım” devizi ilə keçirilən hərbi-vətənpərvərlik həftəsi davam edir. Hərbi-vətənpərvərlik həftəsi çərçivəsində növbəti tədbir Horadiz şəhərində Bayraq meydanında Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət Bayrağı günü” münasibəti ilə təşkil olunub.

İcra Hakimiyyətindən Cumhuriyyet.net-ə verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, millət vəkili xanhüseyn kazımlı, rayonun idarə, müəssisə, təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və ərazidə xidmət edən N saylı hərbi hissənin general, əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Müdafiə Nazirliyinin zabiti, “Bayrağım-varlığım, bəxtiyarlığım” devizi ilə keçirilən hərbi-vətənpərvərlik həftəsinin müəllifi polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin respublikamızın bölgələrində rayon İcra Hakimiyyətləri ilə birgə xalqla ordunun birliyinə həsr olunmuş kütləvi hərbi vətənpərvərlik bayramları keçirdiyini bildirmiş, növbəti möhtəşəm tədbirin “Dövlət Bayrağı günü münasibəti ilə cəbhə bölgəsində Horadiz şəhərində təşkil olunduğunu qeyd edib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Dövlət Bayrağı günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Alı Alıyev cəbhə bölgəsində, Horadiz şəhərində belə möhtəşəm tədbirin keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Alı Alıyev qeyd edib ki, “Bayrağım-varlığım, bəxtiyarlığım” devizi ilə keçirilən hərbi-vətənpərvərlik həftəsi gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmasına, ordu-xalq birliyinin formalaşmasına xidmət edən vacib amillərdən biridir.

Alı Alıyev deyib:”1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edilmişdir. Aprelin 1-5-də cəbhədə baş verən son döyüşlərdə də ordumuz öz gücünü, qüdrətini düşmənə bir daha göstərdi, Azərbaycan əsgəri qələbə çalmaq əzmini nümayiş etdirdi. Məhz aprel döyüşləri bir daha Azərbaycanda ordu- xalq birliyini nümayiş etdirdi. Həmin günlərdə bütün xalq, həmçinin cəbhə bölgəsində yaşayan füzulililər ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, onun əmrini gözlədiklərini göstərdilər.”

Alı Alıyev bu gün Azərbaycan bayrağının etibarlı əldə olduğunu, ordu ilə xalqın bu bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb.

N saylı hərbi hissənin komandiri, general Mayis Bərxudarov, millət vəkili Xanhüseyn Kazımlı çıxışlarında hərbi-vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də mülki əhalinin bayrağımıza sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.

Tədbirdə Silahlı Qüvvələrin hərbi orkestrinin ifasında bayraq haqqında marşlar və mahnılar təqdim edilib. Hərbi vətənpərvərlik tədbiri iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.
















Short URL: http://www.cumhuriyyet.net/?p=81421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728