Naxçıvanda yanacaq limitlə satılır

08.11.2016 - 17:21

c4fbb3a6-32a8-460e-8db9-b22ab81c105a_cx0_cy7_cw0_w987_r1_s_r1Son günlər Naxçıvan Muxtar Respublikasında (NMR) dizel yanacağının satışına limit qoyulduğu bildirilir.

Limit – cəmi 10 litr dizel

Yerli sakinlər bildiriblər ki, bir avtomobilə gündəlik litri 60 qəpikdən 10 litr verilir.

Sürücülər deyirlər ki, dizel yanacağı ehtiyatları tükənir və yanacaqdoldurma məntəqələrində böyük növbə yaranıb.

Sakinlərin deməsinə görə, lakin həmin yanacaqdoldurma məntəqələrində açıq şəkildə dizeli baha qiymətə – 1 litri 77 qəpiyə satırlar. Bunu yanacağın İrandan gətirilməsi ilə izah edirlər. Yerli sakinlərin deməsinə görə, ancaq bu yanacağı da avtomobilin çəni tutduğu həcmdən çox almaq olmur.

Türklərə 1 litr 1 manata satılır

Muxtar Respublika sakinlərinin deməsinə görə, Türkiyə vətəndaşlarına yanacaq tonlarla satılır. Ancaq baha, litri 1 manata.

Şahidlər agentliyə bildirirlər ki, hər gün Türkiyədən Naxçıvan Muxtar Respublikasına yanacaq almağa yük maşınları gəlir.

Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsindən və digər əlaqəli qurumlardan sakinlərin şikayətinə, hələlik, münasibət almaq mümkün olmayıb.

Azərbaycanda dizel yanacağının litri 60, A-92 benzininin isə 70 qəpiyədir. A-95 isə 80 qəpikdir.(Turan)

Short URL: http://www.cumhuriyyet.net/?p=81437

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031