Əhəd Abıyev erməni bayrağını yumruqladı, barmaqları əzildi – VİDEO

09.11.2016 - 23:06
rrBu gün Daşkəsən rayonunda Bayraq günü ilə bağlı tədbir keçirilib. Bizimyol.info xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev,onun müavinləri, rayonun rəhbər işçiləri, həmçinin Daşkəsən rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin zabitləri də Bayraq gününə həsr edilmiş tədbirdə iştirak ediblər.
Bayraq günü ilə bağlı keçirilən tədbir yerli əhali tərəfindən olduqca maraqlı qarşılanıb. Tədbirin ən maraqlı tərəfi isə rayon icra hakimiyyəti başçısı Əhəd Abıyevin Ermənistanın dövlət bayrağını yumruqlaması olub.
Belə ki, tədbirdə hərbçilər üstündə düşmən dövlətin bayrağı əks olunmuş şiferləri sındırmalı imişlər. Lakin Əhəd Abıyev buna imkan verməyib, həmin şiferləri özünün sındıracağını bildirib.
Məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında həmin an özünü saxlaya bilməyərək belə addım atdığını bildirib.
“Rayonda Bayraq günü ilə bağlı tədbir keçirilirdi. Orda hərbçilər də üzərində Ermənistanın bayraqları olan şiferləri sındırmalı idilər. O şiferlər meydana gətirilən kimi bir anlıq mənim gözümün qabağına o şərəfsiz düşmən dövlətin Xocalıda xalqımızın başına gətirdiyi müsibətlər yadıma düşdü, özümü saxlaya bilmədim, tribunadan enib getdim, o şiferləri özüm sındıram. Mən cavan vaxtı da boksçu olmuşam. Düşmənin üzərində bayraqları həkk olunmuş şiferləri bir yumruqla çilik-çilik etdim. Necə vurmuşamsa iki barmağım həm çıxıb, həm də əzilib. Nə edə bilərəm? Həmin an özümü saxlaya bilmədim. Barmağım kəsilib qanı tökülüb, hiss etməmişəm. Həkimlər yoxladı, heç bir problem yoxdu. Bu hislər bir icra başçısı kimi yox, bir vətəndaş kimi məni bu işi görməyə vadar etdi. Bu yəqin ki, mənim vətənpərvərlik hislərimin təzahürü idi.”

Short URL: http://www.cumhuriyyet.net/?p=81503

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728