Əfv siyahısı təqdim olundu – Siyasi məhbuslar da var

11.11.2016 - 16:52

%c9%99fvYeni il ərəfəsində prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

Bunu İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, komissiya əfv siyahısını tərtib edib:

“Siyahıda siyasi məhbuslar, jurnalistlərin adı var. Ümid edirik ki, əfv sərəncamı bu şəxslərə şamil olunacaq”.

Hüquq müdafiəçisinin sözlərinə görə, komissiyaya minlərlə müraciət olunub:

“Tərtib etdiyimiz digər siyahıda cəzasının böyük qismini çəkmiş şəxslərin də adı var”.

Qeyd edək ki, Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev də yeni il ərəfəsində əfv sərəncamının olacağını istisna etməyib.

Komissiya üzvü bildirib ki, ölkə başçısının bu il də öz səlahiyyətlərindən istifadə edərək bir qrup məhkumu sevindirəcək.

“Bir qayda olaraq Azərbaycan prezidenti öz müstəsna səlahiyyətlərindən edərək, əfv sərəncamları imzalayır. Bu qərarların verilməsi cənab prezidentin səlahiyyətinə aid olduğu üçün növbəti əfv sərəncamının neçə nəfərə şamil olunacağı haqda danışa bilmərəm. İndiyə qədərki praktikada hər il bir qayda olaraq 31 dekabr günü əfv sərəncamları olub və yüzlərlə məhkum öz ailələrinə qovuşub. Əfv məsələləri üzrə komissiyanın katibliyində işlər gedir və daxil olan müraciətlər çeşidlənərək öyrənilir, müvafiq arayışlar hazırlanır”- deyə Əliməmməd Nuriyev bildirib.

Xatırladaq ki, sonuncu əfv sərəncamı bu ilin martında imzalanıb.( tərəfdar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81669

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728