Müəllimlərin əməkhaqları niyə gecikir?

11.11.2016 - 17:10

baki-s%c9%99h%c9%99r-t%c9%99hsil-idar%c9%99siBakı şəhəri üzrə Təhsil İdarəsi bu ay müəllimlərin əmək haqlarının gecikdirilməsinin səbəbini açıqlayıb.

BŞTİ-dən APA-ya bildirilib ki, maaşların gecikməsinin səbəbi yeni dərs ilində (2016-2017-ci tədris ili) sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi ilə əlaqədardır.

Emal prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqları onların bank hesablarına köçürülüb.

Digər müəllimlərin əməkhaqları isə növbəti iki gün ərzində onların bank hesablarına köçürüləcək. Bu isə o deməkdir ki, paytaxt müəllimləri gələn həftədən əmək haqlarını tam şəkildə əldə edə biləcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=81671

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728