“Tramp Ermənistanı sındıracaq” – Əhəd Abıyev
Hər zaman gündəmə damğa vuran açıqlamalarıyla diqqət çəkən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ABŞ-da baş tutan prezident seçkisindən danışıb.
Abıyev söhbətində Donald Trampın Amerika prezidenti seçilməsinə sevindiyini bildirib:
“Amerikada Donald Tramp prezident seçildi. O, Azərbaycanı sevən insandır. Mən erməni bayrağını sındırdım, Tramp da bu yaxınlarda Ermənistanı sındıracaq”.
Xatırladaq ki, ötən gün keçirilən seçkidə Donald Tramp 278 nümayəndənin səsini qazanmaqla rəqibi Hillari Klintonu üstələyərək ABŞ-ın yeni prezidenti olub.(Olke.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=81715