Turistlər ASAN Xidmətdən viza ala biləcək

16.11.2016 - 16:26

visaAzərbaycana gələn turistlər artıq turizm şirkətləri vasitəsi ilə yox, elektron formada ASAN Xidmətdən viza ala biləcəklər.

Bununla bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun 7-1-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddəsinin 4-cü bəndində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər” cümləsində, “turizm şirkətləri” sözü “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda, “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilir.

Maddə 7-1.5-ə edilən dəyişikliyə əsasən isə, elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda, viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=82027

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31