“AZAL prezidenti azərbaycanca danışa bilmirsə..” – Qulu Məhərrəmli

17.11.2016 - 15:34

qulu-meherremliAzərbaycan elitası dilimizə sayğısız yanaşır.

Bu sözləri millət vəkili Əflatun Amaşovun «AZAL təyyarəsində bələdçilər Azərbaycan dilinə hörmətsizliklə yanaşır” iddiasına münasibət bildirərkən Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Qulu Məhərrəmli söyləyib.

Tanınmış jurnalistin sözlərinə görə, Azərbaycan dilinin qloballaşdırılması və dilçiliyin inkişafı ilə bağlı dövlət programına uyğun olaraq Azərbaycan dilinin ədəbi dilinin normaları, qayda- qanunları düzgün şəkildə təbliğ edilməlidir:

” Bu səbəbdən adi küçə reklamlarından, afişaların üzərindəki yazılardan, televiziya və radio məkanına qədər sərt tələblər irəli sürülür. Bütün bunlara baxmayaraq, bu sahədə ciddi problemlərin olması təəssüfləndiricidir. Televiziyaların bəzilərində dil şurası olmasına baxmayaraq, düzgün fəaliyyət göstərmir. Azərbaycan dilinin düzgün təbliğ olunmamasının əsas səbəbi həmvətənlərimizin dilimizi sevməməsi, normalara diqqət etməyə çalışmamasıdır. Xüsusilə adını elita qoyan təbəqə dilimizə çox sayğısız yanaşır”.

Q.Məhərrəmli onu da diqqətə çatdırıb ki, ciddi tələblər qoyulmasa dilin bayağılaşması prosesi sürətlənə bilər: “AZAL prezidentinin özü Azərbaycanca danışa bilmirsə, təyyarə bələdçilərindən Azərbaycan dilini düzgün işlətməsini gözləmək real deyil. Hesab edirəm ki, kəskin tələblər qoyulmasa ədəbi dil normaların riayət edilməyəcək. Bu barədə ciddi tədbirlər görülməlidir».

Qeyd edək ki, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) şikayətçi olduğunu, şirkətin təyyarəsində bələdçilərin Azərbaycan dilinə hörmətsizliklə yanaşdığını bildirib.(Sherg.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82145

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31