BİABIRÇILIQ: Qafqaz Müsəlmanları İdarəsi Xocalı və Zəngilanın işğalını unutdu – FOTO

18.11.2016 - 12:11

rrQafqaz Müsəlmanlar İdarəsi tərəfindən hazırlanan təqvimdə işğal olunmuş rayonlarımız barədə ciddi səhvlər aşkarlanıb. Bu barədə A24.az-a vətəndaşlar məlumat veriblər. Bildiriblər ki, qurumun tərtib etdiyi təqvimdə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin adları yer alsa da, 2 rayonun- Xocalı və Zəngilanın adı çəkilməyib.

Xalımızın bütün dünyaya Xocalı soyqırımını, başımıza gətirilən müsibətləri çatdırmaq istədiyi bir vaxtda dövlət qurumunun bu cür səhvə verməsi yol təbii ki, heç də ürəkaçan deyil, hətta ürək sızladan məqamdır. Başqalarının kölgəsində daldalanmağı, özgəyə xidmət etməyi, yüz illərlə özləri üçün milli dəyər hesab edən, ancaq fürsət düşən kimi çörəyini yediyi millətin qanını içən ermənilər öz yalanlarını təbliğ etdiyi, qondarma erməni soyqırımını bütün dünyaya bar-bar bağırdığı bir zamanda QMİ kimi dövlət qurumunun bu cür səhvə yol verməsi nə dərəcədə düzgündür?

Məsələyə münasibət bildirməsi üçün təqvimin məsləhətçisi Hacı Salman Musayevlə əlaqə saxladıq. Sualımızı belə eşitmək istəməyən Hacı Salman əsəbi çəkildə bunları dedi: “Bu barədə bir kəlmə də danışmayacam”.

Qafqaz Müsəlmanlar İdarsindən isə söylədilər ki, məsələ ilə bağlı gün ərzində məlumat veriləcək.

15045649_1224053760992386_463708157_n

15086980_1224053754325720_106072256_n

15151212_1224053757659053_1931497202_n

Short URL: http://www.cumhuriyyet.net/?p=82199

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31