“Bu binalar boş ola bilməz” – Prezident

18.11.2016 - 14:03

????????????????????????????????????

“Bakıda gördüyünüz yeni binaların əksəriyyəti özəl sərmayə hesabına tikilib. Buna görə onlar boş ola bilməz”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşü zamanı Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçevin “Cənab Prezident, keçən il ilk Avropa Oyunlarından əvvəl Bakıda olmuşam. Bir saat bundan əvvəl yola çıxanda çoxlu binalar gördük. Lakin onlar indi boşdur. Bakıda gələcəkdə bu böyük idman infrastrukturu ilə nə baş verəcək?” sualını cavablandırarkən deyib.

Dövlət başçısı qeyd edib ki, bunlar otellər, ofis mərkəzləri, yaşayış binaları kimi fəaliyyət göstərir.

“Avropa Oyunları ərəfəsində yenidən qurduğumuz və inşa etdiyimiz idman qurğularına gəldikdə isə onlar fəaliyyət göstərir. Məsələn, bizim Olimpiya Stadionumuz fəaliyyət göstərir və orada futbol oyunları keçirilir. Avropa Oyunları ərəfəsində inşa olunmuş Su İdmanı Sarayı və başqaları da fəaliyyətdədir. Sizin Bakıda gördüyünüz bütün bu idman qurğuları fəaliyyətdədir, eləcə də digərləri. Mən hər bir konkret bina haqqında danışa bilmərəm, çünki sizin hansı binanı nəzərdə tutduğunuzu bilmirəm. Lakin onların əksəriyyəti fəaliyyətdədir. Onların bəziləri inşa olunmaqdadır”, – deyə o vurğulayıb.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=82239

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31