Azərbaycan “İsgəndər” raketləri ala bilər – AÇIQLAMA

18.11.2016 - 14:24

thumb_201609281134583321479464037“Serj Sarkisyan qələt edir. Onun çıxışları və absurd təklifləri Ermənistanın ənənəvi oyunudur. Sarkisyan istəyir ki, Azərbaycan onların işğalı ilə barışsın”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

O, Ermənistan prezidentinin Bakı və Yerevan arasında “qaynar xətt”in yaradılması təklifini şərh edərkən deyib bildirib ki, Sarkisyanın bu barədə dedikləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti dondurmağa xidmət edir.

“Azərbaycan deyib ki, torpağımızdan rədd olmayınca, burada atəşkəsin pozulmasını araşdırmaq və “qaynar xətt”dən söhbət gedə bilməz. Ermənistan sırtıqcasına gəlib torpaqlarımızda təlimlər keçir. Sarkisyan isə hələ həyasızcasına deyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü  tanıyır”.

Rasim Musabəyov Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın cəbhə xəttindəki insidentlərin araşdırılmasının rəsmi Moskvanın iradəsi altında olmasını deməsinə də diqqət çəkib.

“Onlar Ermənistanı dəstəkləyir. Əvvəla, Donbasda müşahidə sistemi qurulub. Orada ATƏT-in xeyli sayda müşahidəçisi var. Amma atəşkəsin pozulmasının qarşısını ala bilmirlər. Hamısı istəyir ki, vəziyyət dondurulmuş vəziyyətdə qalsın və Azərbaycan torpaqlarını Ermənistana bağışlasın. Bu isə mümkün deyil”.

Ekspert “Azərbaycan da “İsgəndər” raketləri ala bilərmi” sualına isə belə cavab verib.

“Azərbaycan hərbi doktrinasına uyğun olan silah ala bilər. Azərbaycana “İsgəndər” raketləri, ya da bu tipli silahlar lazım olsa, onu da alacaq. “İsgəndər”in Pakistan modifikasiyası da var. Bizim imkanımız var ki, “İgəndər”dən də daha uzaq məsafəyə vuran raketlər alaq. Ancaq mahiyyətcə hələlik buna ehtiyac yoxdur. Biz əslində Naxçıvan ərazisindən Ermənistanın hər bir yerini daha qısamənzilli raketlərlə vura bilərik. “Smerç”lər və “Toçka-U”larla Naxçıvandan Ermənistanı rahatlıqla vurmaq olar. Lazım olarsa, Qazaxdan da “Toçka-U”larla Gümrüyə  əlimiz çatır. Amma buna ehtiyac olub-olmadığını hərbçilərimiz müəyyənləşdirməlidir”.

Ermənistan prezidenti Serj Sarkisyan Bakı və Yerevan arasında “qaynar xətt”in yaradılmasını təklif edib.

O, bunun sayəsində Qarabağda baş verən hadisələrə operativ müdaxilə etməyin mümkün olacağını deyib.

“Əgər müsbət nəticələr verərsə, bu addıma razıyıq. Məsələn, təmas xəttində atışma olub və bizim məlumatımıza görə atəş açan Azərbaycan tərəfidir. Mən telefonu götürüb Azərbaycan prezidentinə zəng edirəm və insident barədə məlumat verirəm. O isə bu məlumatı yoxlayır”.

Sarkisyan 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Azərbaycan müdafiə naziri ilə aralarında “qaynar xətt”in olduğunu da bildirib.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82242

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31