DYP reydlərə başladı – VİDEO

19.11.2016 - 11:22

dyp-bal-sistemi-ile-bagli-suruculere-xeberdarliq-etdiBakı şəhəri, Səbail rayonu ərazisində bu mövsümdə qadağan edilmiş pərdə və jalüzlərdən istifadəyə görə reyd keçirilib.

Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin (RDYPŞ) əməkdaşlarının keçirdiyi reyd zamanı 3 avtomobilin pərdə və jalüzlərdən istifadə etdiyi aşkarlanıb. Sürücülər isə qadağadan xəbərsiz olduqlarını bildirib.

Reyd zamanı rayondan Bakıya üz tutan “Ford” markalı avtomobilin sürücüsü plyonkanın sökülməsini unutduğunu qeyd edib. Buna baxmayaraq o, cərimə edilib. Səbail RDYPŞ-nin rəisi Cəmşid Hənifəyev “Report”a bildirib ki, bu cür reydlər davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhəri ərazində avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüz, plyonka və pərdələrdən istifadə etdiyinə görə 3 gün ərzində 174 sürücü cərimələnib. 27 sürücü isə jalüz, plyonka və pərdələri unutduğunu bildirərək cərimənin ləğv edilməsi üçün müraciət edib.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82338

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31