Putin Qarabağda Bakıya güzəştə gedəcək – Amerika kəşfiyyatı SİRRİ AÇDI

19.11.2016 - 13:25

putin“Rusiya Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə bilər”. Cumhuriyyet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerika kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi yazıb. Mərkəz qeyd edir ki, buna səbəb Rusiyanın Qərb sanksiyalarına görə qarşılaşdığı ciddi iqtisadi problemlərdir: “Moskva Dağlıq Qarabağ, Cənubi Osetiya, Dnestryanı, o cümlədən mümkündür ki, Ukrayna münaqişələrində taktiki güzəştlərə gedərək, çiyinlərindəki yükü azaltmaq istəyir. Lakin bu, Moskvanın öz siyasətindən tamamilə əl çəkdiyi demək deyil”.
“Stratfor” adıçəkilən münaqişələr haqqında ayrılıqda məlumat verib və qeyd edib ki, Rusiya onlar vasitəsilə təsir imkanlarını saxlayır. “Dağlıq Qarabağ ərazisində Rusiyanın birbaşa hərbi müdaxiləsi yoxdur, lakin Moskva bunun köməyi ilə Qafqazda üstünlüyünü qoruyur. Ermənistan Kremlin kursunu izləyir, Azərbaycan isə tənzimlənmiş siyasət aparır. Bu münaqişədə olduğu kimi, Dnestyranı, Cənubi Osetiya və Ukrayna münaqişəsində də əsas məqsəd təsir imkanlarını əlində saxlamaqdır”, – deyə məqalədə bildirilir.
Mərkəz hesab edir ki, Qərb və Rusiya arasında qarşıdurma kəskinləşir: “Belə bir məqamda separatist ərazilərin də əhəmiyyəti artır. Rusiya müəyyən mənada separatçılara silahlar çatdırır, lakin diplomatiyanın önə keçməsi ehtimalı yaranıb. Çünki iqtisadi cəhətdən zəifləyib və çiynində əlavə yük daşımaq ona ağırdır. Siyasi və iqtisadi təcridetməni zəiflətmək üçün güzəştlərə gedə bilər. Lakin bu, taktiki güzəştlər olacaq”.
“Stratfor”un da yazdığı kimi, görünür, Rusiya bu münaqişələrin onu çətinə saldığını anlayıb. Bunun fonunda Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan son danışıqlar və Rusiyanın fəallığı diqqət çəkir. Hesab etmək olar ki, Moskva ərazilərin azad olunmasında Bakıya güzəştə gedərək həm bölgənin əlindən çıxmasının qarşısını alacaq, həm də ona qarşı Qərbin təzyiqlərini azaldacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=82362

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31