Mir Şahinin ölkədən gedişində – Müdhiş müəmmalar
ANS-in vitse-prezidenti Mir Şahin Ağayevin ölkədən gedişində müəmmalı məqamlar olduğu iddia edilir
Türkiyəyə müayinəyə gedən jurnalistin Fətullah Gülən işi ilə bağlı istintaqa dəvət olunması ehtimalı da var.
ANS-in əməkdaşının Gülənin mətbuat konfransında iştirakından sonra telekanalın bağlanması M.Ağayevin istintaqda sorğu-sual olunması zərurəti yaradıb.
Rəsmi Bakı ilə Ankara arasında əldə olunan razılaşma əsasında Mir Şahinin istintaqda dindirilib sonra Azərbaycana qaytarılacağı xəbər verilir.
Məlumata görə, hazırda FƏTÖ ilə bağlı Türkiyə prokurorluğu tərəfindən istintaq hərəkətləri davam etdirilir. Türkiyədə 15 iyul gecəsi ordunun içində bir qrup generallar və hərbçilər çevrilişə cəhd edib.
Dövlət çevrilişinə cəhdin təşkilində F.Gülən ittiham olunur. Onun FƏTÖ şəbəkəsi terror qruplaşması elan edilib. Türkiyədəki bu hadisələrə ilk reaksiya rəsmi Bakıdan verilib və prezident İlham Əliyev çevrilişə cəhdi pisləyib.
Ardınca Azərbaycanda Gülənin dayaqları sıradan çıxarılmağa başlanıb. Onların media, iqtisadi, təhsil və ticarət sektorundakı qanadları məhv edilib.
Türkiyə rəhbərliyi Azərbaycana terrorla mübarizəyə görə təşəkkürünü bildirib. Bu proseslərin fonunda ANS telekanalı bağlanıb. ANS-in Gülənin mətbuat konfransından çəkiliş aparması sonunu gətirib.
Bu işdən sonra Mir Şahinin Türkiyəyə müayinəyə getməsi müəyyən müəmmalar doğurub. Ehtimal olunur ki, teleaparıcı istintaq orqanları tərəfindən dindirilsin.
Ancaq bütün bunlar qaynağımızın söylədiyi xəbərdir və qarşı tərəfi dinləməyə hazırıq.(Politika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=82370