Daha 29 şəxsin ölkədən çıxışına qadağa qoyuldu
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı artıb.
Vergilər Nazirliyindən verilən xəbərə görə, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 449-a yüksəlib. Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=82617