Fikrət Fərəməzoğlu həbsdə qaldı

22.11.2016 - 16:48

fikr%c9%99t-f%c9%99r%c9%99m%c9%99zoglunun-ail%c9%99siJam.az saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində F.İbişbəylinin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov müvəkkilinin cinayət əməli törətməsini sübut edən heç bir faktın olmadığını və istintaq zamanı onun müdafiə hüququnun kobud şəkildə pozulduğunu deyib. Vəkil vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib.

E.Sadıqov bu vəsatət təmin edilməyəcəyi halda F.İbişbəyli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlərinə baxılmasını istəyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunması üçün heç bir əsasın olmadığını bildirib.

Hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə heyyəti müşavirəyə yollanıb.

Müşavirədən qayıdan məhkəmə qərarı açıqlayıb. Qərarda vəsatətlərin təmin olunmadığı bildirilib.

Məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib.

Bildirək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı analoji cinayətlər törətdiyi barədə müraciətlər ediblər. Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.(Musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=82673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31