Azərbaycan ordusunda – NATO günləri

22.11.2016 - 17:43

6f269990-a9f6-42d2-b2a1-25ca637c6ffdAzərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən “NATO günləri” tədbiri keçirilir. 

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin (Norveç) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzini, eləcə də Əməliyyat İmkanları Konsepsiyası və Silahlı Qüvvələrin digər bölmələrini ziyarət edəcəklər.

Tədbir çərçivəsində Silahlı Qüvvələrin zabit heyəti üçün “NATO-nun komandanlıq strukturu”, “Azərbaycan-NATO əməkdaşlığı”, “Strateji öncəgörmə analizi”, “NATO-da əməliyyatların planlaşdırılması prosesi”, “Əməliyyat İmkanları Konsepsiyası”, “NATO Varşava Zirvə Toplantısından sonra”, “NATO-Cənubi Qafqaz tərəfdaşlığı” və digər mövzularda mühazirələr təqdim olunacaq.

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” noyabrın 25-dək davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=82686

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31