Ermənistan nüvə silahına sahib ola bilərmi? – Açıqlama
ABŞ-dakı nüfuzlu “National İnterst” nəşri Ermənistana İsgəndər-M raket komplekslərinin verilməsi ilə bağlı sensasion sayılacaq iddia ilə çıxış edib.
Nəşr yazıb ki, işğalçı ölkə ərazisində peyda olan İsgəndər-M-lər nüvə silahıdır və bu fakt belə bir ehtimala əsas yaradır ki, Ermənistan bundan istifadə edib atom silahı əldə eləmək imkanlarını artıra bilər.
Mövzu ilə bağlı politoloq Azər Qasımlı bildirib ki, bu qeyri mümkün olan bir məsələdir: “Ermənistanda olan Metsamor, atom elektrik stansiyasıdır. Onun hər hansı bir hərbi statusu, imkanları yoxdur. İkincisi də nüvə silahi adı bir məsələ deyil. Bu silahı bir dövlət istədiyi vaxtda digər dövlətə verə bilməz. Nüvə silahına sahib olan dövlət heç vaxt marağında olmaz ki, başqa ölkədə bu silah olsun”.
Azər Qasımlının fikrincə Ermənistan elminin, hərbi araşdırmalarının və texnikasının səviyyəsi buna imkan verir:”Ölkə olaraq da bir gücü yoxdur ki, bu silaha sahib olsun. Rusiya Ermənistana hansısa bir silahı verə bilər. Azərbaycan da buna qarşı İsraildən silah ala bilər. Bu adətən baş verir. Buna görə Rusiya Ermənistana nüvə başlıqlı silah verə bilməz”.(Qaynarinfo.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=82795