İpoteka kreditlərinə müraciət bərpa edildi

24.11.2016 - 17:44

ipoteka“İpoteka kreditlərinə müraciət bərpa edildi”.

Bu haqda məlumat verən iqtisadçı Vüqar Bayramov yeniliklər barədə danışıb. O deyib ki, bu gün təsdiq edilən yeniliklər arasında diqqəti çəkən məqamlar həm sosial, həm də adi ipoteka kreditləri üçün maksimum məbləğin 50 min manatdan 100 min manatadək artırılmasıdır:

“Dövlət büdcəsindən ayrılacaq 50 milyon manat ilə yanaşı, istiqrazlar hesabına əlavə 50 milyon manatın, bütövlükdə 100 milyon manatın gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqində mühüm rol oyanayacaq amillərdəndir”.

İqtisadçı deyib ki, eyni zamanda elektron müraciətin tətbiqi çox vacibdir:

“Çünki bir sıra banklarda ipoteka almaqda süründürməçilik və hətta əlavə ödənişin istənilməsi halları var idi ki, bu da kreditə əlçatanlığı xeyli dərəcə də məhdudlaşdırırdı. Elektron müraciət bu neqativ halları aradan qaldıra bilər. Bunun üçün elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsi və cavablandırılmasına nəzarətin gücləndirilməsi vacibdir. Eyni zamanda, mənzil bazarında qiymətlər yüksək olduğu üçün 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan bu rəqəmin 2 dəfə artırılmasına ehtiyac var idi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82927

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31