“Torpaqlar istifadəsiz qalıb, kəndlər boşalır…”

25.11.2016 - 12:24

054eb3dd-89eb-463f-a939-3fffa58b79b5_cx0_cy10_cw0_w987_r1_s_r1Azərbaycanda məhsuldar olan sahələr boş qalıb. İşçi qüvvəsi isə regionları tərk edir.

Bunu ekspert Nəriman Ağayev “Exo” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, məhsuldar sahələrin bir hissəsi daşınmaz əmlak tikintisinin altında qalıb ki, bu da yolverilməzdir.

Ekspert xatırladır ki, aqrar sektor Azərbaycandan ötrü prioritet istiqamətlərdən biridir və bu barədə dövlət orqanları bəyanatlar səsləndiriblər.

N.Ağayev vurğulayır ki, işlər bəyanat verməkdən o yana getmir. O, torpaqların boş qalmasının səbəblərinə də aydınlıq gətirməyə çalışır: «Əsas səbəb əksər işçi qüvvəsinin iri şəhərlərə axışmasıdır. Kəndlərin boşalması baş verir. Əgər məmurlar bu sahəyə yetərli diqqət yetirib düzgün stimullaşdırma aparsaydılar, bu sektor dövlət büdcəsinə irihəcmli pullar gətirə bilərdi».

Daha sonra müəllif torpaqdan səmərəli istifadəni təmin etmək məqsədilə ölkədə qanunvericilik qaydasında tətbiq edilən cərimələrə toxunur. Məqalədə vurğulanır ki, bu məqsədlə 2015-ci ilin mayında mülkiyyət, icarə və torpaqdan istifadə ilə bağlı hüquqların pozulmasına görə Cinayət Məcəlləsinə dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, torpaq sahələrinin qanunsuz hasarlanmasına, tikinti-montaj işlərinin aparılmasına görə 1500-3000 manat cərimə və ya 1 ilə qədər həbs müəyyən olunub. Üstəlik, torpağın istifadəsiz qalması ilə bağlı cərimələr kəskin artırılıb.

Müəllif hesab edir ki, aparılan cəza siyasəti uğurlu nəticələr verməyib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=82980

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31