Jurnalistlərə “Şeyxülislam mükafatı” veriləcək

25.11.2016 - 12:37

seyx_2Azərbaycanda dindarlar üçün yeni moizələr kitabı nəşr olunacaq.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, artıq bir moizələr kitabı çapdan çıxıb və ikinci möizələr kitabının çapına hazırlıq görülür.

QMİ sədri deyib ki, Azərbaycanda “Şeyxülislam” mükafatının yaradılması nəzərdə tutulur. O qeyd edib ki, bunun üçün tapşırıqlar verilib, bu mükafatlar din sahəsindən yazan jurnalistlər üçün də veriləcək.

“Fəaliyyətimdə jurnalistlərə çox arxalanıram və onlardan təkliflər gözləyirəm”.

Şeyxülislam din-dövlət münasibətlərinin inkişafında medianın rolunu yüksək qiymətləndirib:

“Bu gün Azərbaycanda dövlət ilə din arasında yüksək münasibətlər mövcuddur. Bu münasibətlərin qurulmasında mətbuatın da böyük rolu var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=82987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31