Nazir müavinindən Vitali Rəhimovla bağlı qalmaqala REAKSİYA

25.11.2016 - 14:34

65b842123e26f611e49c29f020b228041480068879Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən yunan-Roma güləşçisi Vitali Rəhimovla bağlı yaranmış qalmaqala aydınlıq gətirib.

Nazir müavini deyib ki, Vitali Rəhimov heç bir formada medalı geri qaytarmaqdan imtina edə bilməz:

“Bu mümkün deyil. Çünki qərar qəbul edilirsə , hansı yolla olursa-olsun medal geri qaytarılır. Əgər o ad və medal geri alınırsa, başqa çıxış yolu yoxdur. Vitali Rəhimov bu gün idmançı kimi məşq etmir. O yalnız məşqçi işləyə bilər”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi V. Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

V.Rəhimov isə qazandığı Olimpiya medalını geri vermək niyyətində olmadığını bildirib.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=83012

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31