Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilmədi

26.11.2016 - 10:10

cahangirhaciyev4rf3Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “İntertobakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayətzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Hidayətzadə apellyasiya şikayəti verərək azadlığa buraxılmasını istəyib. O, 2015-ci ildə saxlanılıb və “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 100 milyon dollar kredit götürərək mənimsəməkdə təqsirləndirilib. İ. Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=83074

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31