Sabahın hava proqnozu açıqlandı

26.11.2016 - 12:06

hava_gun%c9%99sliBakıda və Abşeron yarımadasında istirahət günü, noyabrın 27-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxtın və yarımadanın bəzi yerlərində zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=83088

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31