Generalı, prokuroru “döyən” azərbaycanlı qız: Kişiliyini itirən kim, şalvarı soyundurulan kim…

27.11.2016 - 23:44

rrSaytımızda Bakı şəhər sakini Ülviyyə Abdalovanın üzləşdiyi problemdən bəhs etmişdik. Vurğulamışdıq ki, 2006-cı ildə MTN-nin keçirdiyi qanunsuz əməliyyat nətitəcəsində dəyəri milyonlarla hesablanan əmlakından məhrum edilən Ü.Abdalovanın 2015-ci ildə sabiq MTN rəhbərliyi və xüsusilə də general Mövlan Şıxəliyevlə bağlı Baş Prokurorluğa ünvanladığı şikayəti onu əlavə problemlərl üz-üzə qoyub.
Şikayətçinin sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi Orxan Babayev onu sözün həqiqi mənasında gözümçıxdıya salıb. O.Babayevin ondan M.Şıxəliyevlə bağlı şikayətini geri götürməyi tələb etdiyini bildirən Ü.Abdalova, müstəntiqin ona bir neçə qurama iddiayla məsuliyyətə cəlb etməyə çalışdığını bildirib.
Ü.Abdalovanın sözlərinə görə, O.Babayevin ona qarşı irəli sürdüyü ittihamlardan biri də onun guya bir neçə bığıburma kişini döyməsi ilə bağlıdır: “O.Babayevin sözlərinə görə, MTN generalı Mövlan Şıxəliyev məndən şikayət edərək mənim onu döydüyümü iddia edir. Vaxtiylə MTN adlı güc orqanında Baş İstintaq İdarəsinin rəisi işləyən M.Şıxəliyev bildirir ki, guya mən onu az qala yarımcan hala salana kimi döymüşəm. Güc orqanında mühüm vəzifə tutan bir generalın çəkisi 50 kq-ı ötməyən bir qadın tərəfindən döyüldüyünü iddia etməsi, göz yaşı tökməsinin nə qədər miskin bir mənzərə olduğunu şərh etməyə yəqin ki, ehtiyac yoxdur.
Mənim “yüksək fiziki hazırlığım və sərt döyüş üslubumdan” şikayət edənlərdən biri də Bakı Şəhər Prokurorluğunun Polisə Nəzarət İdarəsinin sabiq prokuroru, hazırda həbsdə olan Samir Nəsirovdur. Vaxtiylə prokuror mundiri geyən bu şəxs mənə qarşı daha maraqlı və bir o qədər də gülünc iddia ilə çıxış edir. S. Nəsirov iddia edir ki, guya mən düz 10 ay bundan öncə ona əl və ayaq zərbələri ilə ağır bədən xəsarəti yetirmişəm. Hansı ki, bu zərbələr nəticəsində onun qurşaqdan aşağı hissəsi ciddi xəsarət alıb, öz funksiyasını itirib. Başqa sözlə desək, S.Nəsirov mənim onu döyməyim nəticəsində kişiliyinin əldən getdiyini bildirir. Ən maraqlısı isə budur ki, S.Nəsirov aylar öncə itirdiyi kişiliyinin qeydinə məhz indi – 10 aydan sonra qalmağa başlayıb. Və bu gün iddia edir ki, mən ona vurduğum mənəvi ziyana görə 44 min manat, fiziki xəsarətə görə isə 4 min manat pul ödəməliyəm. Halbuki, M.Şıxəliyev kimi S.Nəsirovun da döyülməklə bağlı iddiaları cəfəngiyyatdan başqa bir şey deyil.Nəhayət “zərərçəkənlərdən” biri də hərbi prokurorluğun sabiq əməkdaşı Xanlar Qasımovdur. Mənim külli miqdarda pulumu mənimsəyən bu şəxs isə iddia edir ki, mən ona küçənin ortasında hücum edərək şalvarını soyundurmuşam və daha sonra başına qatıq çəkərək onu el-aləm içində xar etmişəm.
Göründüyü kimi, döyüldüyünü iddia edən hər üç şəxs güc orqanlarında mühüm vəzifələrdə işləmiş, güc orqanına məxsus məxsusi fiziki hazırlıq keçən şəxslərdir. Və mən əminəm ki, dünyanın məşhur boks ulduzlarından Mayk Tayson mənim general-prokuror demədən hər kəsi döydüyümü bilsə, mənə sözün həqiqi mənasında həsəd aparar. Çünki bildiyim qədəri ilə generalı şillələyib prokuroru kişilikdən məhrum etmək, hərbi prokurorluq əməkdaşının isə şalvarından qalstuk süzəltmək “səadəti” Mayk Taysona belə nəsib olmayıb”.(moderator.az)
P.S.Ülviyyə Abdalovanın dedikləri heyrətamizdir və biz deyilənlərin nə dərəcədə həqiqət olduğunu müəyyənləşdirmək imkanında deyilik. Odur ki, qarşı tərəfə də cavab haqqı tanıdığımızı bəri başdan bəyan edirik.

Short URL: http://www.cumhuriyyet.net/?p=83110

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31