Zaur yol hərəkəti qaydalarını belə pozdu – VİDEO

28.11.2016 - 13:27

zaATV kanalının aparıcısı Zaur Baxşəliyev yol hərəkəti qaydalarını pozub. Bunu təsdiq edən videonu sosial şəbəkələrdə Zaur özü paylaşıb.

Azyaşlı qızı ilə avtomobildə çəkdiyi videonu paylaşan aparıcı sükan arxasında rəqs edib, mahnı oxuyur. Qızı da onunla birlikdə rəqs edir. Yaxşı haldır ki, Zaur özü sükan arxasında təhlükəsizlik kəmərindən istifadə edir. Balacı qızının da kəmərini bağlayıb. Lakin videodan da göründüyü kimi, kəmərin yalnız orta hissəsi bağlanıb.

Bütün bunlar bir yana, Zaur ümumiyyətlə, uşağı orada oturtmalı deyil. Çünki qaydalara görə, yalnız 12 yaşdan yuxarı uşaqlar qabaq oturacaqda otura bilər. Zaurun qızının isə yaşı azdır. Balacı qızcığaz arxada xüsusi oturacaqda oturmalı idi.

Sərnişindaşıma qaydalarının pozulması Zaur Baxşəliyevin 60 manat – 3 bal cərimə olunması ilə nəticələnə bilər.

(avtosfer.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=83206

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31