Lerikə 35-40 santimetrə qədər qar yağıb, yollar buz bağlayıb

16.12.2016 - 12:13

Lerik rayonuna 35-40 santimetrə qədər qar yağıb.

Bu barədə “Trend”ə Lerik rayon İcra hakimiyyətindən məlumat verilib.

Məlumata görə, dekabrın 15-də yağan qar nəticəsində rayon ərazisindəki bəzi avtomobil yolları buz bağlayıb:

“Lerik-Lənkəran yolu istiqamətinə və rayonun bəzi ərazilərində qarın hündürlüyü 35-40 santimetrə çatıb. Bəzi yollar buz bağlayıb. Şaxtalı hava şəraiti yolların buzdan təmizlənməsinə mane olub. Hazırda bəzi yollarda buzlaşma hələ də qalır. Kəndlərlə yanaşı, şəhər ərazisindəki avtomobil yolları da buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib. Hava şəraiti ilə əlaqədar bəzi kəndlərin elektrik enerjisi təminatında da problem yaranmışdı. Amma bu problemlər aradan qaldırılıb”.

Short URL: http://www.cumhuriyyet.net/?p=84550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728