Azərbaycanda məktəblilərə İŞİD-lə bağlı göndərilən bu mesaj qorxu yaşadır – FOTOFAKT

21.12.2016 - 16:29

Sumqayıt şəhərində məktəblilərə İŞİD-lə bağlı ‘whatsapp’ mesajı göndərilir.

Bu barədə AZXEBER.COM-a şəhər sakinləri məlumat veriblər. Məlumata görə göndərilən mesajda heç bir həqiqəti əks etdirməyən İŞİD terror təşkilatı ilə bağlı qeydlər öz əksini tapıb. Belə ki, məktəblilər arasında qorxu yaradan bu mesajda “0508” axırı “59”la bitən bir nömrədən zəng gələcəyi təqdirdə telefonu açmamaları təkidlə bildirilib. Buna səbəb telefon zənginin açılacağı təqdirdə İŞİD terror təşkilatının öncədən yerləşdirdiyi bir partlayıcının işə düşəcəyidir. Məlumatda 214 ədəd partlayıcının buna görə işə düşdüyü bildirilib. Sonda isə şagirdlərə bu mesajı digər dostlarına da göndərmələri xahiş edilib.

Artıq məsələ ilə bağlı valideynlər arasında da ciddi narahatlıq yaşanıb. Bu yalan və uydurulmuş məlumatın kim tərəfindən hansı məqsədlə göndərilməsi isə məlum deyil.

Həmin mesajı təqdim edirik:

 

Short URL: http://www.cumhuriyyet.net/?p=84940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728