Azərbaycan pasportları İŞİD-də – VİDEO

17.01.2017 - 10:11
İraq hərbçiləri “Twitter” hesablarında Mosulda İŞİD sıralarında döyüşən xarici vətəndaşların pasportlarının videosunu paylaşıblar.
Moderator.az haqqin.az-a istinadən xəbər verir ki, keçən ilin oktyabr ayından Mosulda “İslam dövləti” terror qruplaşmasına qarşı əməliyyat aparılır.
Videoda tapılan pasportlar arasında ən azı iki azərbaycanlı da var. Azərbaycan vətəndaşlarının pasportlarının nə zaman və hansı şəraitdə tapıldığı məlum deyil.
Amma İraq hərbçilərinin əməliyyatlar nəticəsində məhv edilmiş yaraqlıların pasportlarını nümayiş etdirdikləri ehtimal edilir. Azərbaycan pasportlarından başqa videoda Rusiya və bir sıra ərəb ölkələrinin pasportlarını da görmək mümkündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=85602

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728